Notes
![]() ![]() Notes - notes.io |
- Tezliklə Yerusəlimə gedəcəyəm. Getməmişdən əvvəl səninlə vidalaşmağa və mənim kimi günahkar bir səyahətçiyə göstərdiyiniz Xristian sevgisinə görə təşəkkür etməyə gəlmişəm.
Mənə:
- Allah yolunuzu xeyirli etsin. Niyə heç mənə özün haqqında danışmadın? Kimsən, hardan gəlirsən? Səyahətiniz haqqında çox danışdınız, ancaq səyahətçi olmadan əvvəl keçmişinizdən və həyatınızdan danışmırsınız. Mən bunu bilmək istəyirəm.
- Yaxşı, məmnuniyyətlə sizə izah edəcəyəm. Zatən çox uzun hekayə deyil.
Mən Orel vilayətinin bir kəndində anadan olmuşam. Valideynlərim öləndə qardaşımla tək qaldıq. O vaxt qardaşımın on, mənim üç yaşım var idi. Babamız bizi öz evinə apardı. O, imkanlı, şərəfli bir qoca idi. O, əsas yolda mehmanxana işlədirdi. Yaxşı insan kimi tanındığından, sərnişinlərin çoxu orada qonaq olurdu.
Beləliklə, onun yanında yaşamağa başladıq. Qardaşım yerində dayana bilmirdi, mən də babamın dizlərindən ayrılmazdım. Babam vaxtının çoxunu kənddə keçirirdi. Bayramlarda bizi kilsəyə aparırdı, evdə olanda tez-tez İncil oxuyurdu, baxın üstümdə daşıdığım İncili. Qardaşım böyüdü və içməyə başladı. Yeddi yaşım var idi. Bir gün onunla sobanın üstündə uzanmışdım. Məni aşağı itələdi. Sol qolum zədələnmişdi. O gündən bu qoldan istifadə edə bilmirəm; qolum tamamilə qurudu.
Tarlada yararsız olduğumu görən babam mənə oxumağı öyrətmək qərarına gəldi. Əlifba kitabımız olmadığına görə o, iş üçün bu İncildən istifadə etdi. Mənə hərfləri göstərdi, sözləri hecalatdırdı.
Deməli, nə qədər vaxt apardığını xatırlamıram, ondan sonra təkrarlayaraq oxumağı öyrəndim. Sonralar görmə qabiliyyətini itirəndə mənə Müqəddəs Kitabı ucadan oxumağı və səhvlərimi düzəltməyi tapşırdı. Bir hesabat mütəxəssisi işdən sonra bizimlə qalardı. Onun yazısı çox gözəl idi. Onun yazmasını izləmək mənim üçün böyük zövq idi. Onun kimi sözləri yazmağa başladım. Sonra mənə yazmağı öyrətdi. Mənə kağız, mürəkkəb və yontulmuş qələm verdi. Beləliklə yazmağı öyrəndim. Babam bu vəziyyətə çox sevindi:
- Allah sənin oxuyub yazmağını təmin etti. Beləliklə, adam olacaqsan. Buna görə də Allaha şükür et və daha tez-tez dua et.
Biz kilsədəki hər bir ayində iştirak edirdik və tez-tez evdə dua edirdik; Mənə “Allah , mənə yazığın gəlsin” söylədirdilər. Nənəm və babam əyilir ya da diz çökürdülər.On yeddi yaşım olanda nənəm dünyasını dəyişdi. Babam:
- Artıq evdə xanım yoxdur, qadınsız bu evi necə idarə edəcəyik? “Qardaşın yararsızın biridir, ona görə səni evləndirəcəm” dedi.
Zədəli olduğum üçün buna etiraz etdim. Babam təkidlə məni iyirmi yaşlı yaxşı bir qızla evləndirdi. Bir il keçdi. Babam çox xəstələndi. Ölüm yatağında məni yanına çağırıb sağollaşmazdan əvvəl dedi:
- Evi və var-dövlətimi sənə buraxıram. Vicdanınla yaşa, heç kəsi aldatma və hər şeydən əvvəl Allaha dua et. Çünki hər şey Ondandır. Yalnız Allaha güvən. Kilsəyə get, İncil oxu. Dualarında bizi unutma. Budur, min rubl. Onları saxla, israf etmə, amma xəsislik etmə. Həmişə dilənçilərə və Allahın kilsələrinə qarşı əlin daim açıq olun.
O öldü. Biz onu basdırdıq. Qardaşım paxıllıq edirdi, çünki mehmanxana mənə miras qalmışdı. Məni narahat etməyə başladı. Vəziyyət o yerə gəldi ki, qardaşım məni öldürməyə cəhd etti. Mehmanxanada sərnişin olmayan bir gecə yatarkən ərzaq otağına girdi və qutuda gizlətdiyim pulu götürdükdən sonra otağı yandırdı. Yalnız alov evin hər tərəfini bürüyəndə oyana bildik və sonra özümüzü pəncərədən atdıq.
Müqəddəs Kitab yastığımızın altında olduğuna görə onu özümüzlə apara bildik. Yanan evimizə baxıraq: “Allaha şükürlər olsun ki, Müqəddəs Kitabı xilas etdik. Ən azından fəlakət anımızda təsəlli tapa bilərik”. deyirdik. Beləliklə, hər şey yandı. Qardaşım da yoxa çıxdı. Sonradan onun evi yandırdığını və pulu necə oğurladığını öyünərək insanlara anlatdığını öyrəndik.
Əsl dilənçilər kimi çılpaq və heç nəsiz qaldıq. Borc alıb özümüzə yaxşı-pis daxma tikdik və o daxmada kasıblar kimi yaşamağa başladıq. İplik, toxuculuq və tikiş işinə gəlincə, bu işləri həyat yoldaşımdan yaxşı edən yoxdur. Sifarişləri götürüb gecə-gündüz çalışırdı ki, məni yedizdirsin. Əlim zədələndiyi üçün qabıqdan sandalet də toxuya bilmirdim. Həyat yoldaşım nə vaxt iplik toxuyanda, mən də onun yanında oturub İncil oxuyurdum. Bəzən məni dinləyəndə ağlayırdı.
- Niyə ağlayırsan, Allaha şükür hələ də özümüzü saxlaya bilirik - dediyim zaman mənə:
- İncildə o qədər gözəl şeylər var ki, mən təsirləndim - deyərdi.
Mən babamın nəsihətini heç vaxt unutmadım. Biz tez-tez oruc tutur, hər səhər Məryəm Ana ilahini oxuyur, axşamlar isə günaha batmamaq üçün ikonaların qarşısında dəfələrlə baş əyirdik. Bu tərzdə iki il keçirdik. Qəribədir ki, biz ürəkdən gələn daxili duanın nə olduğunu bilmirdik. Onun haqqında danışıldığınıda eşitməmişdik.
Sadəcə ucadan dua edib axmaqlar kimi əyilirdik. Halbuki bizdə dua etmək həvəsi var idi. Uzun müddət dua etmək bizim üçün çətin olmadı və bunu etmək bizim üçün xoş idi. Bir dəfə mənə "İnsanın içində onun özünün dərk edə bilmədiyi, hər kəsi bacardığı, bildiyi qədər dua etməyə sövq edən gizli bir dua var" deyən professor yanılmadı.
İki il bu şəraitdə yaşayandan sonra həyat yoldaşım qəfil xəstələndi. Onun qızdırması yüksəldi və o, xəstəliyinin doqquzuncu günündə Efxaristiya aldıqdan sonra öldü. Mən indi tək idim. İşləməyə imkanım yox idi. Yeganə çarə dilənmək idi, amma dilənməyə də utanırdım.
Və həyat yoldaşımı düşünəndə nə edəcəyimi bilmirdim. Hər dəfə daxmaya girəndə paltar və başına taxdığı şalı görəndə hönkür-hönkür ağlamağa başlayırdım. O qədər oldu ki, axırda huşumu itirdim və yerə yıxıldım. Gördüm ki, o evdə qalsam, qəm-qüssədən pərişan olaram. Ona görə də evi satmağa qərar verdim. Arvadımın paltarlarını və öz paltarlarımı kasıblara payladım. Əlil olduğum üçün həmişə mənə pasport verirdilər. Mən özümlə Müqəddəs Kitabı götürüb oradan uzaqlaşdım.
"İndi hara getməli?" deyə düşündüm. "Əvvəlcə Kiyevə gedərəm, müqəddəslərin qalıqları qarşısında baş əyərəm, bədbəxtliyimə kömək etmələrini xahiş edərəm" deyə qərar verdim. Bu qərardan sonra özümü daha yaxşı hiss etdim. Dərdimdən tamamilə xilas olaraq Kiyevə gəldim. On üç ildir ki, yollardayam. Bir çox kilsə və monastırları ziyarət etdim.
İndi xüsusilə çöllərdə və tarlalar arasında səyahət edirəm. Bilmirəm, Allah mənim Yerusəlimə gedməyimə icazə verəcəkmi? Allahın izni olarsa, bəlkə də günahlı sümüklərimi orda basdırmağın vaxtı çatıbdır.
- Neçə yaşın var?
- Otuz üç.
- İsa Məsihin yaşı!
![]() |
Notes is a web-based application for online taking notes. You can take your notes and share with others people. If you like taking long notes, notes.io is designed for you. To date, over 8,000,000,000+ notes created and continuing...
With notes.io;
- * You can take a note from anywhere and any device with internet connection.
- * You can share the notes in social platforms (YouTube, Facebook, Twitter, instagram etc.).
- * You can quickly share your contents without website, blog and e-mail.
- * You don't need to create any Account to share a note. As you wish you can use quick, easy and best shortened notes with sms, websites, e-mail, or messaging services (WhatsApp, iMessage, Telegram, Signal).
- * Notes.io has fabulous infrastructure design for a short link and allows you to share the note as an easy and understandable link.
Fast: Notes.io is built for speed and performance. You can take a notes quickly and browse your archive.
Easy: Notes.io doesn’t require installation. Just write and share note!
Short: Notes.io’s url just 8 character. You’ll get shorten link of your note when you want to share. (Ex: notes.io/q )
Free: Notes.io works for 14 years and has been free since the day it was started.
You immediately create your first note and start sharing with the ones you wish. If you want to contact us, you can use the following communication channels;
Email: [email protected]
Twitter: http://twitter.com/notesio
Instagram: http://instagram.com/notes.io
Facebook: http://facebook.com/notesio
Regards;
Notes.io Team