NotesWhat is notes.io?

Notes brand slogan

Notes - notes.io

Aviasiyanın meteoroloji təminatında sinoptik analiz prosesi və proqnozlaşdırmada peyk məlumatlarına olan tələbat nəzərə çarpacaq dərəcədə hava şəraiti üzrə ənənəvi müşahidələrin keyfiyyət və kəmiyyətindən asılıdır. Meteoroloji stansiyaların inkişaf etmiş şəbəkəsi və instrumental müşahidələrin yüksək dərəcədə təmin olunduğu ərazilərdə peyk məlumatlarından hava xəritələrində yer səthi üzrə zəif ifadə olunmuş atmosfer cəbhələrinin yerini dəqiqləşdirmək, həmçinin bulud əmələgəlməni qiymətləndirmək üçün istifadə etmək məqsədəuyğundur. Meteoroloji müşahidələrin aparılmadığı və ya az aparıldığı ərazilərdə peyk təsvirləri nadir instrumental müşahidə məlumatlarının optimal olaraq interpolyasiya edilməsində əsas baza kimi istifadə oluna bilər. Bundan başqa peyk təsvirləri bir sıra hidrometeoroloji parametr və atmosfer hadisələrinin qiymətləndirilməsində son dərəcə əhəmiyyətlidir. Son halda müasir hesablama texnikasının və meteoroloji peyklərin məlumatlarını təhlil etmək üçün xüsusi interaktiv sistemlərin istifadəsi üçün böyük perspektivlər açılır.
Peyk müşahidələrinin nəticələrindən daha çox kosmik təsvirlər şəklində istifadə olunur. Ümumi halda bu təsvirlər buludluq haqqında həqiqi, faktiki məlumatların paylanmasını göstərir ki, bu da yerüstü stansiayalar şəbəkəsindən alınan diskret məlumatlara nisbətən daha dolğundur.
Atmosfer proseslərinin analizi nöqteyi nəzərindən peyk məlumatlarının qeyd edilən üstünlüyü çox vacibdir, çünki belə məlumatlar geniş ərazilər üzərində mövcud olan buludluğu öyrənməyə və onların vacib xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir ki, bu da digər müşahidə vasitələri ilə mümkün deyildir.
Meteoroloji peyklərin geniş müşahidə sahəsi bütöv barik sistemlər üzərində yerləşən buludluğu müşahidə etməyə və onun xarakterinə əsasən həmin sistemin vəziyyəti haqqında mühakimə yürütməyə imkan verir. Peyk təsvirlərinə əsasən müxtəlif barik sistemlərdə bir sıra vacib xarakteristikaları müəyyən etmək mümkündür: - buludluğun burulğanlı strukturunu və siklonun inkişaf mərhələlərini; - bulud burulğanının mərkəzinin vəziyyətindən asılı olaraq siklonun mərkəzinin vəziyyətini; - atmosfer cəbhələri buludluğunu; - şırnaq axınları buludluğunu; - tropik siklonları.
Buludların burulğanlı strukturu daha çox siklonlarda, tropikdən kənar hündürlük siklonlarında və barik çüxurlarda (yer səthində siklon olmadıqda), yerüstü və hündürlük mezoburulğanlarda müşahidə edilir. Belə struktura əsasən siklonun soyuq və isti cəbhələrin yaxınlaşma dərəcəsi ilə xarakterizə olunan inkişaf mərhələlərini müəyyən etmək olur ki, bu da onun evolyusiyasını daha ətraflı analiz etməyə imkan verir.
Meteoroloji peyk məlumatlarına əsasən yer səthində və hündürlüklərdə temperatur və atmosfer təzyiqinin paylanma xüsusiyyətlərini qiymətləndirmək, buludluğun əsas parametrlərinin (buludluğun miqdarı, forması, yuxarı və aşağı sərhəddinin hündürlüyü, rütubətlilik, şaquli hava axınlarının sürəti) xarakteristikalarını vermək; atmosferin müxtəlif təbəqələrində hava axınlarının sürət və istiqamətini müəyyənləşdirmək; ildrım ocaqlarını, turbulentlik zonalarını müşahidə etmək; yağıntı, duman, aşağı laylıyabənzər buludluqla örtülmüş rayonlarını ayırmaq; cəbhə bulud sistemlərindən keçən uçuşlarda hava şəraitinin dəqiqləşdirilməsi və ya tropik siklonlarının təsirini nəzərə almaqla qitələrarası uçuşların optimal marşrutunu seçmək: buludsuz və az buludlu rayonlarda yer səthinin vəziyyətini şərh etmək.
     
 
what is notes.io
 

Notes.io is a web-based application for taking notes. You can take your notes and share with others people. If you like taking long notes, notes.io is designed for you. To date, over 8,000,000,000 notes created and continuing...

With notes.io;

  • * You can take a note from anywhere and any device with internet connection.
  • * You can share the notes in social platforms (YouTube, Facebook, Twitter, instagram etc.).
  • * You can quickly share your contents without website, blog and e-mail.
  • * You don't need to create any Account to share a note. As you wish you can use quick, easy and best shortened notes with sms, websites, e-mail, or messaging services (WhatsApp, iMessage, Telegram, Signal).
  • * Notes.io has fabulous infrastructure design for a short link and allows you to share the note as an easy and understandable link.

Fast: Notes.io is built for speed and performance. You can take a notes quickly and browse your archive.

Easy: Notes.io doesn’t require installation. Just write and share note!

Short: Notes.io’s url just 8 character. You’ll get shorten link of your note when you want to share. (Ex: notes.io/q )

Free: Notes.io works for 12 years and has been free since the day it was started.


You immediately create your first note and start sharing with the ones you wish. If you want to contact us, you can use the following communication channels;


Email: [email protected]

Twitter: http://twitter.com/notesio

Instagram: http://instagram.com/notes.io

Facebook: http://facebook.com/notesio



Regards;
Notes.io Team

     
 
Shortened Note Link
 
 
Looding Image
 
     
 
Long File
 
 

For written notes was greater than 18KB Unable to shorten.

To be smaller than 18KB, please organize your notes, or sign in.