NotesWhat is notes.io?

Notes brand slogan

Notes - notes.io

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

Sərbəst iş №1
Ad: Elman
Soyad: Xanəliyev
Fakültə : Biznes və Menecment
Kurs və Qrup:I kurs, Qrup 12
Fənn: Azərbaycan dili və nitq mədəniyyəti
Müəllim: Əbdülhəsənli Tofiq
Sərbəst işin mövzusu:Azərbaycan dili müstəqillik illərində.Azərbaycan dilinin inkişafına dövlət qayğısı



Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil,eyni zamanda,mənəvi və mədəni zənginləşmə,elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir.Ana dili hər bir xalqın mənəvi sərvəti,mənəviyyatının güzgüsüdür.Bu baxımdan hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır.
Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında,onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.Son illərdə dilimizin dövlət dili kimi inkişafı dil quruculuğu ilə əlaqədar mühüm siyasətlə bağlıdır.Dilin inkişafını iqtisadi nailiyyətlərdən üstün tutan ulu öndərimiz yazırdı : "İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik.Bu,böyük nailiyyətdir ki,bizim bir millət kimi özümüzə məxsus dilimiz var, o da o qədər zəngindir ki,dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik."
Bununla belə,ana dili problemi bu gün yenə də aktual olaraq qalır.Buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür.Azərbaycan müstəqillik qazanandan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açmışdır.1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitutsiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdur.Konstitutsiyanın 21-ci maddəsində deyilir:"Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir."
Ümumilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması,onun zənginləşdirilməsi istiqamətində də böyük işlər görmüşdür.Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı,demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirmişdir.Azərbaycan dilinin milli-mənəvi,siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında "fərmanın imzalanması olmuşdur.Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları,habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş,on il ərzində onun geniş tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir.Eyni zamanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.
Prezident sərəncamında qeyd olunur ki,müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açmış və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir.Bu amil isə dil haqqında müvafiq qanunun,eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir.Sənəddə on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci il avqust ayından bütövlükdə təmin edilmişdir.Yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında ,yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğu nəzərdə tutularaq hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi ayrıca Prezident fərmanı ilə qərara alınmışdır.
Ümumilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı .Ulu öndər qeyd edirdi ki,xalqın,insanın öz ana dilindən əziz bir şeyi ola biməz.Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki,"Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında " 9 avqust 2001-ci il tarixli Prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur.
Ulu öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır.Bu istiqamətdə atılmış vacib addımlardan biri də ulu öndərin 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında Dövlət dili haqqında "Azərbaycan Respublikasının Qanunudur.Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş,onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür.Belə bir qanunun qəbulu ölkə Prezidenti kimi Heydər Əliyev tərəfindən dövlətin milli dil ,milli kimlik siyasətinin uğurla aparılmasının nəticəsi olaraq ictimai xarakter daşıyır və bununla yanaşı,həm də ana dilinə dövlət dili statusu qazandırmışdır.Ölkə həyatında dilin tarixi ,müasir vəziyyəti və onun hüquqlarının müdafiə olunması,hüdudlarının genişlənməsi məsələləri daim gündəmdə qalmaqla ,böyük dövlət əhəmiyyəti daşıyır.
Ümumilli liderimiz Heydər Əliyev dilimizin saflığını ,mənəvi zənginliyini qorumağın zəruriliyini çıxışlarında hər zaman vurğulayır,dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi.Bununla yanaşı qeyd edirdi ki,Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi ,elmi -mədəni ,fəlsəfi-intellektual məzmun və hadisələri,informativ mənzərəsi bu dildə çevik şəkildə səlistliklə əksini tapa bilir.
     
 
what is notes.io
 

Notes.io is a web-based application for taking notes. You can take your notes and share with others people. If you like taking long notes, notes.io is designed for you. To date, over 8,000,000,000 notes created and continuing...

With notes.io;

  • * You can take a note from anywhere and any device with internet connection.
  • * You can share the notes in social platforms (YouTube, Facebook, Twitter, instagram etc.).
  • * You can quickly share your contents without website, blog and e-mail.
  • * You don't need to create any Account to share a note. As you wish you can use quick, easy and best shortened notes with sms, websites, e-mail, or messaging services (WhatsApp, iMessage, Telegram, Signal).
  • * Notes.io has fabulous infrastructure design for a short link and allows you to share the note as an easy and understandable link.

Fast: Notes.io is built for speed and performance. You can take a notes quickly and browse your archive.

Easy: Notes.io doesn’t require installation. Just write and share note!

Short: Notes.io’s url just 8 character. You’ll get shorten link of your note when you want to share. (Ex: notes.io/q )

Free: Notes.io works for 12 years and has been free since the day it was started.


You immediately create your first note and start sharing with the ones you wish. If you want to contact us, you can use the following communication channels;


Email: [email protected]

Twitter: http://twitter.com/notesio

Instagram: http://instagram.com/notes.io

Facebook: http://facebook.com/notesio



Regards;
Notes.io Team

     
 
Shortened Note Link
 
 
Looding Image
 
     
 
Long File
 
 

For written notes was greater than 18KB Unable to shorten.

To be smaller than 18KB, please organize your notes, or sign in.