NotesWhat is notes.io?

Notes brand slogan

Notes - notes.io

Yaraşıqlı bir oğlan otelə daxil olur və otelin sahibini görmək istədiyini bildirir. Müdir gəldikdən sonra müştəri ilə aralarında dialoq başlayır:
Müştəri: 39-cu otaq boşdurmu?
Müdir: Bəli, cənab.
Müştəri: Tuta bilərəmmi?
Müdir: Əlbəttə.
Müştəri: Təşəkkür edirəm.
Otağına qalxmazdan öncə müştəri müdirdən xahiş edir ki, ona qara bıçaq, iynə, 25 smlik sap, və 40 qram portağal versin.
Müdir belə qəribə sifarişə təəccüblənir. Amma sifariş sifarişdir deyib, müştərinin bütün istəklərini yerinə yetirir.
Müştəri öz otağına çəkilir, əlavə heç bir şey istəmir, şam yeməyinə də düşmür. Müdiri elə maraq basır ki, müştəri qalan otağın yanındakı 38-ci otağın boş olmasından istifadə edib gecəni orda keçirmək qərarına gəlir. Gecə yarıyacan qeyri-adi heç bir hadisə baş vermir. Tam gecə saat 4:20-də müştərinin qaldığı otaqdan qəribə səslər gəlməyə başlayır. Əvvəlcə canavar ulaşması, sonra at kişnərtisi, sonra bir qoca kişinin öskürəyi. Müdir qulağını diqqətlə divara söykədiyi anda birdən bir körpənin ucadan güldüyünü və qəfildən susduğunu, sonra otaqdakı bütün qab-qacağın yerə tökülüb sındığını eşidir.
Müdir dəhşətdən gecəni yatammır.
Səhər açılır.
Müştəri heç bir şey olmamış kimi, bütün hesabı artıqlamasıyla ödəyib çıxıb gedir.
Müdir özüylə 2 köməkçi götürüb onun otağına girən zaman otaqda qeyri-adi heç nə görmür. Bütün qab-qacaqlar yerindəydi. Hətta çarpayı belə açılmamışdı. Otaqda hər şey necə vardısa, əl vurulmadan qalmışdı.
Müdir bundan heç nə başa düşməsə də, müştəri artıq getmişdi...
Aradan bir il keçir.
İlin həmin günü həmin yaraşıqlı oğlan bir daha gəlir. Yenidən müdiri çağırtdırır. Yenə 39-cu otağın boş olub-olmadığını soruşur. Otağı tutandan sonra yenə qara bıçaq, iynə, 25 smlik sap və 40 qram portağal istəyir.
Müdirə maraq güc gəlir. Yenə qonşu otaqda gecələyir. Yenə bir müddət səssizlikdən sonra, nəhayət gecə saat 4:20-də müştərinin otağından vahiməli səslər - ulaşma, kişnərti, öskürmə, uşaq qəhqəhəsi və qab-qacağın sınma səsləri gəlir.
Müdir yenə dəhşətdən gecəni yatammır.
Səhər açıldığı zaman müştəri hesabı ödəyir və gedir.
Müdir onun otağına girdiyi zaman yenə heç nəyə əl vurulmadığını görür.
Müdir özünə söz verir ki, gələn dəfə mütləq sirri çözəcək...
Aradan bir il də keçir.
Yenə həmin müştəri gəlir. Yenə 39-cu otağı sifariş verib, qara bıçaq, iynə, 25 smlik sap və 40 qram portağal istəyir.
Müdir yenə gecəni qonşu otaqda keçirir. Yenə eyni dəhşətli ulama, kişnəmə, qoca kişinin öskürəyi və körpə gülüşü səsi. Qab-qacağın dağıdılması.
Səhər açıldığı zaman müştəri hesabı ödəmək istəyəndə Müdir ona yaxınlaşıb deyir:
- Mən səndən bu gecəyə görə hesab almıram və hazıram ki, bundan sonra ürəyin nə zaman istəsə gəlib pulsuz qalasan bizim oteldə. Amma xahiş edirəm mənə sirri aç. O qəribə şeyləri, qara bıçağı, sapı, iynəni, portağalı nə üçün istəyirdin? Gecələr otağından gələn o dəhşətli səslər nədir? Və niyə səhərlər heç bir izin qalmır?
Müştəri ciddi-ciddi müdirin üzünə baxır və soruşur:
- Sirr saxlamağı bacarırsınız?
Müdir bütün müqəddəslərə and içir ki, bu sirri heç kimə danışmayacaq.
Müştəri ona inanır və gecələr yaşadığı hər bir dəhşəti hotelin sahibinə danışır.
Hotelin sahibi isə həqiqətən ağzı bütöv insan imiş, müştərisindən eşitdiyi sirri özüylə qəbrə aparır və heç vaxt heç kimə danışmır.
Nə zaman sirri bilsəm, sənə də deyəcəm
Bayaqdan oxuyursan he?
Heş zad..
işin gücün yoxdu da deyirəm
arada bir faydalı şeynən məşqul ol a bala
     
 
what is notes.io
 

Notes.io is a web-based application for taking notes. You can take your notes and share with others people. If you like taking long notes, notes.io is designed for you. To date, over 8,000,000,000 notes created and continuing...

With notes.io;

  • * You can take a note from anywhere and any device with internet connection.
  • * You can share the notes in social platforms (YouTube, Facebook, Twitter, instagram etc.).
  • * You can quickly share your contents without website, blog and e-mail.
  • * You don't need to create any Account to share a note. As you wish you can use quick, easy and best shortened notes with sms, websites, e-mail, or messaging services (WhatsApp, iMessage, Telegram, Signal).
  • * Notes.io has fabulous infrastructure design for a short link and allows you to share the note as an easy and understandable link.

Fast: Notes.io is built for speed and performance. You can take a notes quickly and browse your archive.

Easy: Notes.io doesn’t require installation. Just write and share note!

Short: Notes.io’s url just 8 character. You’ll get shorten link of your note when you want to share. (Ex: notes.io/q )

Free: Notes.io works for 12 years and has been free since the day it was started.


You immediately create your first note and start sharing with the ones you wish. If you want to contact us, you can use the following communication channels;


Email: [email protected]

Twitter: http://twitter.com/notesio

Instagram: http://instagram.com/notes.io

Facebook: http://facebook.com/notesio



Regards;
Notes.io Team

     
 
Shortened Note Link
 
 
Looding Image
 
     
 
Long File
 
 

For written notes was greater than 18KB Unable to shorten.

To be smaller than 18KB, please organize your notes, or sign in.