NotesWhat is notes.io?

Notes brand slogan

Notes - notes.io

Maili yamaclarda sukeçirməyən lay ( qranit, gil və s) üzərində olan torpaq və ya süxur layları artıq su yığılması nəticəsində ağırlıq qüvvəsinin təsiri ilə yerini dəyişir. Təbiətdə baş verən bu proses sürüşmə adlanır.
Sürüşmə təsərrüfata çox böyük zərər vuran hadisələrdəndir. Bu proses yağıntının miqdarı çox olduqda, yeraltı təkanlar olduqda, düzgün olmayan təsərrüfat işləri nəticəsində baş verir. Sürüşmə sonasında, drenlər çəkməklə, ağac əkməklə və s. tədbirlər görməklə ona qarşı mübarizə aparırlar.
. Torpaq sürüşməsinə hazırlıq

Əgər siz sürüşmə təhlükəli ərazidə yaşayırsınızsa:

- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;

- sürüşmə təhlükəsi olan sahənin hüdudları barədə məlumatlı olun;

- sürüşmənin ilkin əlamətləri: evlərin qapı və pəncərələrinin öz çərçivələrində ilişməsi, çətin açılıb-örtülməsi, daxili və xarici divarlarda çatların yaranması, sürüşmə təhlükəli yamaclarda su sızması və s. Bu əlamətləri gördükdə aidiyyəti qurumlara xəbər verin, onların göstərişlərinə uyğun davranın.

Torpaq sürüşməsi zamanı:

- evdən çıxarkən qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürün;

- ən son xəbərləri izləyib verilən tövsiyələrə əməl edin;

- aidiyyəti qurumların köçürülmə ilə bağlı tələblərinə sözsüz əməl edin;

- sürüşmə qəflətən baş veribsə və dərhal həyətə çıxmaq mümkündürsə, evi tərk edin;

- sürüşmə zamanı yuxarı mərtəbədəsinizsə və dərhal həyətə çıxmaq mümkün deyilsə, binanın yuxarı hissəsinə qalxın;

- sürüşən torpaq kütləsindən kənara qaçın və mümkün qədər hündür yerə çıxmağa çalışın;
- sürüşmə sizi açıq havada yaxalayıbsa, əvvəl önünüzə daş, taxta parçası və ya ağır əşya atın, bunlar torpağa batırsa, hərəkət istiqamətinizi dəyişin;

- sürüşmədən qaça bilmirsinizsə, əllərinizlə başınızı tutaraq zərbədən qorunun, sürüşmənin hərəkət istiqamətinə tabe olun və hər zaman üzə çıxmağa çalışın;

- torpaq altında qalmısınızsa, təşvişə düşməyin. Çünki sürüşmə nəticəsində uçqun altında qalan insanı bir neçə sutkadan sonra da sağ çıxarmaq mümkündür;

- xilasetmə işlərində sükut dəqiqələri təyin olunduğundan vaxtaşırı səs siqnalları verin, yatmamağa çalışın.

Torpaq sürüşməsi zamanı sükan arxasındasınızsa:

- yol boyu sürüşmə əlaməti kimi çökmüş səki, palçıq, yola düşmüş qaya parçaları, yumşalmış və ya boşalmış torpaq gördükdə dərhal yolunuzu başqa səmtə dəyişin;

- körpü və tunellərin torpaq sürüşməsi nəticəsində zədələnmə ehtimalı olduğundan onlardan istifadə etməyin;

- əgər sürüşmə zonasındasınızsa və hərəkət etmək mümkün deyilsə, titrəyiş bitənə kimi təhlükəsizlik kəmərini açmadan avtomobildə gözləyin.
     
 
what is notes.io
 

Notes.io is a web-based application for taking notes. You can take your notes and share with others people. If you like taking long notes, notes.io is designed for you. To date, over 8,000,000,000 notes created and continuing...

With notes.io;

  • * You can take a note from anywhere and any device with internet connection.
  • * You can share the notes in social platforms (YouTube, Facebook, Twitter, instagram etc.).
  • * You can quickly share your contents without website, blog and e-mail.
  • * You don't need to create any Account to share a note. As you wish you can use quick, easy and best shortened notes with sms, websites, e-mail, or messaging services (WhatsApp, iMessage, Telegram, Signal).
  • * Notes.io has fabulous infrastructure design for a short link and allows you to share the note as an easy and understandable link.

Fast: Notes.io is built for speed and performance. You can take a notes quickly and browse your archive.

Easy: Notes.io doesn’t require installation. Just write and share note!

Short: Notes.io’s url just 8 character. You’ll get shorten link of your note when you want to share. (Ex: notes.io/q )

Free: Notes.io works for 12 years and has been free since the day it was started.


You immediately create your first note and start sharing with the ones you wish. If you want to contact us, you can use the following communication channels;


Email: [email protected]

Twitter: http://twitter.com/notesio

Instagram: http://instagram.com/notes.io

Facebook: http://facebook.com/notesio



Regards;
Notes.io Team

     
 
Shortened Note Link
 
 
Looding Image
 
     
 
Long File
 
 

For written notes was greater than 18KB Unable to shorten.

To be smaller than 18KB, please organize your notes, or sign in.